Kürdəmir rayonu üzrə təhsil sektoru katibə-makinaçı vəzifəsi üzrə müsahibə elan edir

News

Kürdəmir rayonu üzrə təhsil sektoru katibə-makinaçı vəzifəsi üzrə müsahibə elan edir

Kürdəmir rayonu üzrə təhsil sektoru tabeliyində olan aşağıdakı adları qeyd olunan ümumi təhsil müəssisələrində vakant olan katibə-makinaçı vəzifəsi üzrə müsahibə elan edir:

• Kürdəmir rayonu C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbi;

• Kürdəmir rayonu A.Məmmədov adına Xınsılı kənd tam orta məktəbi;

• Kürdəmir rayonu E.Qurbanov adına Qarasu kənd tam orta məktəbi;

• Kürdəmir rayonu Muğanlı kənd tam orta məktəbi.

Tələblər:

* MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı;

* Kargüzarlığın aparılması ilə bağlı təlimatı qaydaları bilmək;

* Ünsiyyət bacarığı və kollektiv ilə işləmə bacarığı.

Əmək haqqı: 374 Azn

Müsahibədə ümumi orta, orta ixtisas və ali təhsili olan (əmək stajına tələb qoyulmadan) şəxslər iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək istəyən şəxslər 12-19 dekabr 2023-cü il tarixləri aralığında aşağıdakı tələb olunan sənədləri Kürdəmir rayonu üzrə təhsil sektorunun inzibati binasına (ünvan: Kürdəmir şəhəri, H.Əliyev prospekti 12a) təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsinin surəti;
- Müvafiq təhsil haqqında sənədin surəti;
- Əmək kitabçısının surəti (olduğu halda).

Telegram kanalımız