Dövlət Məşğulluq Agentliyinin rəhbəri: Bu gün işaxtaranların peşə kvalifikasiyası tələb olunan yeni peşələrə uyğun deyil

News

Dövlət Məşğulluq Agentliyinin rəhbəri: Bu gün işaxtaranların peşə kvalifikasiyası tələb olunan yeni peşələrə uyğun deyil

Bu gün yeni yaranan peşələrin sayı əmək bazarından çıxan peşələrin sayından çoxdur.


AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.


O bildirib ki, bugünkü işsiz və işaxtaranların peşə kvalifikasiyası tələb olunan yeni peşələrə uyğun deyil, yaxud da peşə və kvalifikasiyası yoxdur: “Bu da dövlətin və müasir əmək bazarının qarşısında dayanan ciddi çağırışdır. Əmək bazarları heç vaxt insana uyğunlaşmayacaq, əksinə, insan əmək bazarına uyğunlaşmalıdır. İş yeri ilə yaşayış yeri də uyğun olmalıdır. Yəni yaşayış yerini iş yerinə yaxın qurmalıyıq. Əhalinin sayı ərazidə olan iş imkanlarına görə uyğunlaşdırılıb. Odur ki, biz yeni yanaşmalara uyğunlaşmalıyıq”, - deyə Mustafa Abbasbəyli qeyd edib.

Telegram kanalımız