Fövqəladə Hallar Nazirliyi sürücü vəzifəsinə işə qəbulla əlaqədar müsabiqə elan edir

News

Fövqəladə Hallar Nazirliyi sürücü vəzifəsinə işə qəbulla əlaqədar müsabiqə elan edir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə sıravi və kiçik rəis heyəti üzrə sürücü vəzifəsinə sənəd qəbulu elan edir.

İşə qəbulla bağlı müsabiqədə Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 10.01.2024-cü il tarixinədək tamam olmayan, boyu 170sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahib və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən​ Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq işə qəbul formasını doldurub [email protected] elektron poçt ünvanına göndərməlidirlər:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə işə qəbul forması

Əlavə məlumat üçün (012) 512-08-91,  (012) 512-08-92 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.

Telegram kanalımız