İşə düzəlməkdə çətinlik çəkən şəxslər üçün məşğulluq mexanizmi hazırlanıb

News

İşə düzəlməkdə çətinlik çəkən şəxslər üçün məşğulluq mexanizmi hazırlanıb

“Məqsədli proqramlar” və “Kvotadan əlavə iş yerləri” aktiv məşğulluq tədbirlərinin mexanizmləri hazırlanıb və qanunvericilik dəyişiklik layihələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə deyib.

O bildirib ki, məqsəd sosial cəhətdən həssas qruplardan olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılması və işəgötürənlərdə bu kateqoriyadan olan şəxslərə yeni iş yerlərinin yaradılmasının stimullaşdırılmasıdır.

M.Abbasbəyli vurğulayıb ki, təcrübəsiz şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə Şagirdlik proqramı və Təcrübəkeçmə mexanizmləri də hazırlanıb və qanunvericilik dəyişiklik layihələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilib.

Telegram kanalımız