
22.01.2024
Naxçıvanda ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi keçiriləcək
Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün işə qəbul müsabiqəsinin test mərhələsi təşkil olunacaq.
Müsabiqə saat 11:00-da Naxçıvan Şahmat Mərkəzində keçiriləcək.
Mənbə: AZƏRTAC