Yardımçı və digər pedaqoji vəzifələrə işə qəbul

News

Yardımçı və digər pedaqoji vəzifələrə işə qəbul

Laborant, uşaq birliyi təşkilatı rəhbəri, təsərrüfat müdiri (təsərüfat işləri üzrə direktor müavini), kitabxanaçı (kitabxana müdiri), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və katibə-makinaçı vəzifələrinə işə qəbul üzrə müsabiqəyə start verilir


Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində laborant, uşaq birliyi təşkilatı rəhbəri, təsərrüfat müdiri (təsərüfat işləri üzrə direktor müavini), kitabxanaçı (kitabxana müdiri), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və katibə-makinaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 24 yanvar saat 18:00 tarixindən 02 fevral 2024-cü il tarixinədək https://ref.az/6Kc3cn  vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti mərhələsinə dəvət ediləcək.

Hər bir namizəd yalnız 1 (bir) vəzifə üzrə qeydiyyatdan keçə bilər. 2 (iki) və ya daha artıq vəzifə üzrə qeydiyyatdan keçən namizədlərin qeydiyyatı yalnız ilk qeydiyyatdan keçdiyi vəzifə üzrə nəzərə alınacaqdır.

Əlavə olaraq qeyd edək ki, sabah gün ərzində vakant yerlərin siyahısı bu post vasitəsilə ictimaiyyətə təqdim olunacaq.

Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramı ilə aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz.


Müsabiqədə iştirak üçün tələblər: https://ref.az/2NfCXSt


Müsabiqə proqramı:  https://ref.az/3viMhkB


Telegram kanalımız