Xəbərlər

Xaricdə təhsil almış ərizəçilər üçün peşə tanınması imtahanları keçiriləcək

Xaricdə təhsil almış ərizəçilər üçün peşə tanınması imtahanları keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış ərizəçilərin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan vasitəsilə müəyyənləşdirilir.

Azərbaycanda bu müəllimlər İŞDƏN ÇIXARILACAQ

Azərbaycanda bu müəllimlər İŞDƏN ÇIXARILACAQ

“Keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilə bilər”. Sfera.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil: “Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb”.

Telegram kanalımız