
Aqrar Sığorta Fondu Bakıda və bölgələrdə - Təqaüdlü Təcrübə Proqramına başlayır
Aqrar Sığorta Fondu ölkənin bütün
bölgələri üzrə tələbə və məzunlar üçün təqaüdlü təcrübə
proqramına start verib.
Proqrama əsasən tələbələr qarşıdakı
3 ay ərzində Aqrar Sığorta Fondunda, fondun bölgələrdəki filiallarında və
rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) çalışacaqlar.
Proqramda universitetlər, kolleclər,
peşə məktəblərinin tələbələri və məzunları, o cümlədən orta məktəb məzunları da
iştirak edə bilər.
Oktyabr ayından başlayacaq
proqram müddətində təcrübəçilər aqrar sığorta mexanizmini dərindən
öyrənəcək və ölkədə aqrar sığorta xidmətlərinin inkişafına töhfə vermək imkanı
qazanacaqlar.
Proqram dövründə iştirakçılara
müvafiq ödənişlər ediləcək, eləcə də onlar ödənişlə yanaşı, göstərdikləri
nəticələrdən və KPİ-dən asılı olaraq əlavə gəlir əldə etmək imkanı da
qazanacaq.
Hər bir təcrübəçiyə proqramda
iştirakı ilə bağlı sertifikat təqdim olunacaq.
Proqrama qatılmaq istəyən enerjili
və sığorta sahəsinə maraqlı gənclər qeyd olunmuş linkdəki anketi doldurmaqla
müraciət edə bilərlər:
https://forms.gle/jC743SNaWQZurboD9