
18.05.2023
Azərbaycan holdinqinin rəhbərliyi dəyişdirilib
“Azenco” ASC-nin İdarə Heyətinin (İH) sədri Vüqar Əliyev vəzifəsindən azad edilib.
Bu barədə holdinqin səhmdarları qərar qəbul edib.
Qərara əsasən, onun yerinə Pərviz Hacıyev təyin olunub.
O, vaxtilə “PAŞA Holdinq” MMC-nin törəmə strukturu olan “PMD Group” MMC-də rəhbər vəzifələrdə çalışıb, 2022-ci ildən “Azenco”nun İH sədrinin müavini olub.