“AzInTelecom”da yeni təyinat

News

“AzInTelecom”da yeni təyinat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelekom” MMC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Ceyhun Qarayev İnformasiya Texnologiyaları departamentinin direktoru təyin edilib.

Ceyhun Qarayev Azərbaycan Ali Hərbi Dənizçilik Akademiyasında “Elektron texnikası mühəndisi” ixtisası üzrə bakalavr təhsili alıb. Müxtəlif beynəlxaq kurslar, eləcə də NATO Kommunikasiya və İnformasiya sistemləri məktəbində təşkil olunun fərqli ixtisasartırma kurslarında uğurla iştirak edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyində və “Ultra Computers” şirkətində mühəndis, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Sistem inzibatçılığı şöbəsinin müdiri, “AzInTelecom” MMC-nin İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyaları infrastrukturu şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda “AzInTelecom” MMC-nin İnformasiya texnologiyaları departamentinin direktorudur.

Telegram kanalımız