Nicat

Bakı

Direktor köməkçisi, Keyfiyyətə nəzarət.

Mənim haqqımda

Tam adım Nicat Rüstəmovdur. 2003-2007-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Akademiyasında Bakalavr dərəcəsi üzrə təhsil almış və təhsil ocağını “Fərqlənmə” Diplomu ilə bitirmişəm (əlavə olaraq qeyd edim ki, təhsil müddətində nümunəvi təhsilimə görə “Prezident” təqaüdünü almışam).

 

Təhsil ocağını bitirdikdən sonra Azərbaycan Respublikasının Sahil Mühafizəsində inzibati sahədə müxtəlif vəzifələrə təyin olunmuşam. Həmin dövrdə yeni qurulmuş AR Sahil Mühafizəsinə Amerika Birləşmiş Ştatlarının Sahil Mühafizəsi tərəfindən  dəstəyin verilməsində mən də fəal iştirak etmişəm (yazılı və şifahi tərcümələrin edilməsi, müvafiq sənədlərin hazırlanması və s.). Təlim və təcrübələrdə iştirak etmək məqsədilə dövlət tərəfindən 15 ay müddətinə Amerika Birləşmiş Ştatları ezam olunmuşam (hər bir təlimin sonunda müvəffəqiyyətlə bitirməni göstərən sertifikat və  diplomlara layiq görülmüşəm).

 

Növbəti illərdə isə müxtəlif konfrans və təlimlərdə iştirak etmək üçün Türkiyə (3 dəfə), Latviyaİspaniya və Almaniyaya ezam olunmuşam.

 

Tərcümeyi halda qeyd edildiyi kimi, 2016-2018-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi ixtisası"nda (MBA) Magistratura dərəcəsi üzrə təhsil almışam.

 

Əlavə olaraq qeyd etmək istərdim ki, öz üzərimdə daima işləyirəm, kargüzarlıq və kompüter bacarıqlarım mövcuddur və rus/ingilis dillərinin peşəkar istifadəçisiyəm.

 

Mən "ISO 9001:2015 Daxili Auditor" təlimində iştirak edərək "Uğurla başa çatdı" sertifikatına layiq görülmüşəm.


Hal-hazırda, "money4you.financial" maliyyə şirkətində "Direktor köməkçisi" vəzifəsində çalışmaqla yanaşı müxtəlif sahələr üzrə yeni imkanlar axtarıram.

Dil bilikləriniz

Azərbaycan — C2 — Səlis
İngilis — C2 — Səlis
Rus — C1 — Yaxşı
Türk — C1 — Yaxşı

Təhsil

İş təcrübəsi

  • money4you.financial AG 05.2021 - hələdə işləyirəm

    Direktor köməkçisi

    ▪ Görüş və iclasların planlaşdırılması və təşkili ▪ Keçirilmiş iclasların/görüşlərin protokollarının hazırlanması, qeydiyyatının aparılması və müvafiq şəxslərə göndərilməsinin təmin edilməsi ▪ İş yazışmalarının aparılması, yazılı və şifahi tərcümələrin edilməsi ▪ İmzalanmış sənədlərin müvafiq şəxslərə çatdırılması ▪ Ölkədaxili və ölkəxarici ezamiyyətlərlə bağlı məsələlərin həll edilməsi ▪ Rəhbər tərəfindən tapşırılan digər vəzifələrin yerinə yetirilməsi

  • Barattson MMC 12.2017 - 05.2021

    Keyfiyyətə Nəzarət üzrə Menecer

    ▪ Müştərilərə göstərilən xidmət standartlarının müəyyən edilməsi ▪ Müştərilərdən gələn tövsiyyə və şikayətlərin şöbə tərəfindən araşdırılması, daha yüksək səviyyədə xidmətin göstərilməsi üçün zəruri tədbirlər planının hazırlanması ▪ Müştərilərlə təyin olunmuş vaxtlarda sorğuların keçirilməsi, əldə olunan məlumatların analiz edilmə si, göstərilən xidmət ilə bağlı mənfi bir hal olduqda müvafiq tədbirlərin görülməsi ▪ Daxili qaydalara uyğun olaraq zənglərin və çat söhbətlərin (Facebook, Instagr

  • ARS "FEDEX EXPRESS" 05.2017 - 11.2017

    Koordinator

  • IBC (Beynəlxalq Yayım Mərkəzi) 12.2014 - 06.2015

    İnzibati köməkçi-menecer

  • Azərbaycan Respublikası DSX Sahil Mühafizəsi 10.2007 - 11.2014

    İnzibati idarəetmə sahəsində müxtəlif vəzifələr

    ▪ Görüş və iclasların planlaşdırılması və təşkili ▪ Keçirilmiş iclasların/görüşlərin protokollarının hazırlanması, qeydiyyatının aparılması və müvafiq şəxslərə göndərilməsinin təmin edilməsi ▪ İş yazışmalarının aparılması, yazılı və şifahi tərcümələrin edilməsi ▪ İmzalanmış sənədlərin müvafiq şəxslərə çatdırılması ▪ Ölkədaxili və ölkəxarici ezamiyyətlərlə bağlı məsələlərin həll edilməsi ▪ Rəhbər tərəfindən tapşırılan digər vəzifələrin yerinə yetirilməsi.

Biliklərim

Microsoft Office

80%

Outlook

90%

LiveZilla

70%
Telegram kanalımız