
Hobbilərimə kibertəhlükəsizlik və OSINT sahəsində araşdırmalar aparmaq, açıq mənbə alətlərlə praktiki məşğuliyyətlər, texnoloji yenilikləri izləmək və tətbiq etmək, fəlsəfi və distopik ədəbiyyat oxumaq, eləcə də musiqi dinləmək daxildir. Şəxsi keyfiyyətlərim arasında analitik düşünmə və problem həll etmə bacarığı, müstəqil işləmə və təşəbbüskarlıq, tədqiqat yönümlü və daim öyrənməyə açıq olmaq, komandada işləmə qabiliyyəti və detallara diqqət yer alır. Əlavə olaraq, Python, Bash, Kotlin kimi proqramlaşdırma dillərində təcrübəm var, Android və veb tətbiqləri üzərində real layihələrdə işləmişəm. AWS və Firebase kimi texnologiyalarla tanışam. Əlavə olaraq şəbəkə biliyim var və Windows və Linux əsaslı sistemlərin qurulması və idarə olunması, konfiqurasiyası kimi işlərdə bir qədər təcrübəm var.