Debitorlar üzrə Şöbə Müdiri

Bakı

Veysəloğlu Şirkətlər Qrupu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
  • Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
  • Debitor borcların üzləşmələrinin aparılmasına nəzarət və rəhbərliyə dövri hesabatların təqdim edilməsi;
  • Müştərilərə vergi hesab fakturaların zamanında göndərilməsinin təmin edilməsi;
  • Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
  • Anbarda faktura nəzarəti komandasının işinə nəzarət və təkmilləşdirilməsinə dəstək vermək;
  • Debitor borcların müqavilə şərtlərinə uyğun zamanında ödənilməsinə nəzarət və iri müştərilər ilə müzakirələrin aparılması;
  • SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
  • Komanda üzvləri ilə bilik və təcrübənin paylaşıması və onların peşəkar inkişafına dəstək olmaq;
  • Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
  • Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.

Xüsusi tələblər

  • İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)
  • Təhsil: Ali  iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili
  • MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
  • Rus və inglis dili bilikləri üstünlükdür
  • Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
  • Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
  • Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
  • SAP proqramında işləmək bacarığı üstünlükdür.
  • ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
  • Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız