Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Audit planında nəzərdə tutulmuş əməliyyat və maliyyə auditlərinə rəhbərlik etmək, eyni zamanda 2 və daha artıq layihənin idarə edilməsi;
  • Biznes proseslər üzrə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin risklərin aradan qaldırılması üçün tətbiq olunmuş kontrol mexanizmlərinin effektivliyinin və səmərəliliyinin qiymətləndirilməsi üçün audit metodologiyasının müəyyən edilməsi;
  • Audit yoxlamaları üçün əhatə dairəsinin və audit planının müəyyən edilməsi;
  • Müəyyən edilmiş audit planına uyğun olaraq audit metodologiyalarının seçilməsi və yoxlama istiqamətlərinin müəyyənləşdirilməsi;
  • Layihə ərzində audit komandası üzvlərinin işinin yoxlanılması və problemli məsələlər üzrə istiqamət verilməsi;
  • Audit işinin təyin olunmuş vaxt çərçivəsində yekunlaşmasına nəzarət edilməsi;
  • Audit hesabatlarının hazırlanması, birbaşa rəhbərə və audit olunan şirkət rəhbərliyinə təqdimatı;
  • Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi;
  • Audit nəticələrinin audit olunmuş obyektlər və subyektlər tərəfindən icrasının təqibi üçün monitorinqlərin həyata keçirilməsi;
  • Komanda üzvlərinin bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsi.

Xüsusi tələblər

  • Mühasibatlıq və maliyyə üzrə bakalavr və ya magistr təhsili;
  • Ünsiyyət, vaxtın idarə edilməsi və təşkilati bacarıqlar;
  • Audit sahəsi üzrə minimum 4 il iş təcrübəsi (Big4 şirkətlərində təcrübə arzuolunandır);
  • İFRS və beynəlxalq audit standardları üzrə biliklər;
  • ACCA, CİA üzrə sertifikatlar;
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti (İngilis və rus dilləri üzrə müvafiq biliklər arzuolunandır).

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız