Daxili nəzarət üzrə aparıcı mütəxəssis

Bakı

Veysəloğlu Şirkətlər Qrupu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;
  • Risklərin müəyyən edilməsi və idarə edilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
  • Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövri olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin etmək;
  • Şirkətdə mal-material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifarişlə alınmasının, standartlara uyğun saxlanması qaydalarına və şəraitinə düzgün riayət edilməsinin mütəmadi olaraq monitorinqinə nəzarəti təmin etmək.
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;
  • Məsuliyyətlilik, operativlik, diqqətlilik, ünsiyyət, problem həlletmə və analitik düşünmə bacarığı;
  • Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə edilməsində ən az 3 il təcrübə;
  • Mükəmməl Azərbaycan dili biliyi, ingilis və rus dilləri arzu olunandır;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı; xüsusilə Excel proqramında təhlil və analitik işləmə bacarığı, Mikro sistemlərindən və əl terminallarından istifadə etmək bacarığı;
  • SAP proqramı ilə işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız