Baş mühasib

Bakı

Aqualink
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi, aidiyyatı Dövlət strukturlarına və müəssisə rəhbərliyinə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən bütün məlumatların vaxtında təqdim edilməsinin təşkil edilməsi
  •  Vergi hesabatlarının (Mənfəət,ÖMV, ƏDV, əmlak, DSMF və s.) təqdim edilməsi
  • Müəssisə üzrə aylıq, rüblük və illik hesabatların vergi, statistika və DSMF-na göndərilməsi
  •  ƏDV depozit hesabı və Şəxsi hesab vərəqəsinə nəzarət etmək, lazım olduqda proqnozlar hazırlayaraq, ödənişləri təmin etmək
  •  Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması
  •  Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində ödənilməsi
  •  Debitor və kreditor borclara nəzarət etmək
  •  Balansın və onun əlavələrinin tərtib edilməsinə və aidiyatı üzrə (o cümlədən də rəhbərliyə) təqdim edilməsi
  •  İqtisadi göstəricilər üzrə proqnozların hazırlanması
  •  Müəsisənin aktiv və öhdəliklərinin mütəmadi inventarizasiyasının aparılması
  •  Xərclərə nəzarət və optimallaşdırılması üçün təkliflərin hazırlanması
  •  Müəssisə rəhbərliyi tərəfindən verilən əmrlərin, sərəncamların və digər yazılı göstərişlərin icrasının təşkili
  •  Maliyyə İqtisad fəaliyyəti ilə əlaqəsi olan bütün iş proseslərinin qurulması üçün təkliflər vermək və uçotunu təşkil edilməsi
  •  İş yerlərinin attestasiyasında iştirak etmək
  •  Tabeçiliyində olan işçilərin şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etmək

Xüsusi tələblər

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
  •  Baş mühasib kimi ən azı 7-10 il iş təcrübəsi
  •  Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi
  •  Mühasibatlıqla bağlı AR qanunvericiliyi, Vergi məcəlləsini bilməli
  •  Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli
  •  Peşəkar mühasib sertrifikatının olması arzuolunandır
  •  MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli
  •  İnternet bankinq ilə işləyə bilməli
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
  •  Dil bilikləri : azərbaycan, (rus dili və ingilis dili arzu olunandır)

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız