Gəmi Hərəkətinin İdarəedilməsi üzrə Operator (GHİ)

Bakı

Dövlət Dəniz və Liman Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •  Azərbaycan Respublikasının ərazi sularında gəmilərin hərəkətinin daimi müşahidəsinin həyata keçirilməsi
  •  Gəmilərin Azərbaycan Respublikasının ərazi sularına daxil olmasının aşkar edilməsi, gəmilərlə rabitə əlaqəsinin yaradılması, gəmilər haqqında məlumatların toplanılması
  •  Gəmilərin radar vasitəsilə müşayiət edilməsi və gəmilərin hərəkətinin idarə olunması, habelə gəmilər tərəfindən müəyyən edilmiş marşruta, sürətə və ara məsafəsinə riayət olunmasının təmin edilməsi
  •  Nəzarəti həvalə edilmiş Azərbaycan Respublikasının ərazi sularında dəniz mühitinin mühafizəsi və dəniz üzgüçülüyü qaydalarına riayət olunmasına nəzarət edilməsi
  •  Gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə rabitənin yaradılması, gəmilərə naviqasiya, meteoroloji və digər məlumatların tam və düzgün olaraq ötürülməsinin təmin edilməsi
  •  Gəmilərdən daxil olan həyəcan siqnalları, baş vermiş hadisələr barədə dərhal növbə rəisinə məlumat verilməsi, hadisənin araşdırılması və operativ tədbirlərin yerinə yetirilməsində iştirak edilməsi
  •  Gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması və gəmilərin təhlükəsiz idarə edilməsi məqsədilə gəminin növləri, yükü, xüsusi xarakteristikaları barədə məlumatların alınması
  •  Müəyyən olunmuş hərəkət axınından yayınmaların qarşısının alınması məqsədilə fasiləsiz müşahidələr edilməsi
  •  Mövcud və proqnozlaşdırılan meteoroloji və hidroloji şərait haqqında mütəmadi olaraq məlumatların alınması

Xüsusi tələblər

  •  Dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə dair biliklər
  •  Dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalara dair biliklər
  •  Elektron və kağız xəritələrlə işləmə bacarığı 
  •  MS Office proqramlarında işləmə bacarığı
  •  Şifahi və yazılı ünsiyyət bacarığı 
  •  Dəqiqlik və məsuliyyətlilik
  •  Stressə davamlılıq 
  •  Planlama və zamanın idarə olunması
  •  Problemləri həll etmə bacarığı
  •  Komandada işləmə bacarığı

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız