İT İnfrastruktur təhlükəsizlik aparıcı mütəxəssis

Bakı

Veysəloğlu Şirkətlər Qrupu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •        Şöbənin işçilərinə metodoloji köməklik göstərir, şöbə müdiri olmadıqda onu əvəz edir.
  •        Şöbə işçilərinə verilən tapşırıqları yerinə yetirmək üçün işləri əlaqələndirir.
  •        Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya edir.
  •        Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir.
  •        Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir.
  •        Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu firewall avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir.
  •        Firewall avadanlıqlarında icazələrin verilməsini təmin edir.
  •        Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir.
  •        Kiritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir.
  •        Web proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir.
  •        Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır.
  •        Periodik olaraq daxili və xarici nüfuzetmə və boşluqların müəyyən edilməsi testlərini yerinə yetirir.
  •       İş fəaliyyətini İnformasiya təhlükəsizliyi və İT şöbələri ilə koordinasiya edir.
  •        Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır.
  •        Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
  •        Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir.
  •        Kompüter təhlükəsizliyi insidentlərinə cavab tədbirləri və informasiya təhlükəsizliyi ilə bağlı insidentlərin texniki araşdırmalarını nəzərdən keçirilməsi

Xüsusi tələblər

  •        Ali təhsil(ixtisas üzrə üstünlük verilən)
  •        Staj 2-3 il
  •        Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar və Beynəlxalq İT standartları üzrə biliklər
  •        CCSP, CEH, ISO27001:2013, COBIT 5 biliklərini tətbiq etmə qabiliyyəti

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız