Keyfiyyətə Nəzarət Departament Müdiri

Bakı

Veysəloğlu Şirkətlər Qrupu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • AQTA və AQTİ ilə Keyfiyyəti idarəetmə, qida təhlükəsizliyi, PR, reklam, təlimlərlə bağlı (standartlaşdırma, qanunlar, sertifikasiya sahəsi, marketlərdə planlı və ya plandan kənar yoxlamalar və d.) əlaqələr qurmaq, görüşlər keçirmək və işləri görmək. Eləcə də qida təhlükəsizliyi məsələləri ilə bağlı yaradılan komitələrdə Şirkətlər Qrupunu təmsil və iştirak etmək;
  • Market Şəbəkələrində periodik olaraq monitorinqlərin aparılması, sağlamlaşdırma və yaxşılaşdırma işlərini təşkil etmək və icrasını yerinə yetirmək , statistik hesabatların hazırlanması;
  • Satış komandasına (vəzifəli şəxslər) infrastruktur və qida təhlükəsizlik tələblərinə uyğun olaraq təlimlərin keçirilməsini təşkil etmək (Veysəloğlu Təlim Mərkəzi), eləcədə marketdə çalışan personala yerində təlimin keçirilməsi (gigiyena, mal qəbulu, qablaşdırma, vitrin sərgiləmə, təmizlik və.s qaydaları)
  • Uyğunsuzluqlarla bağlı tədbirlərin görülməsi və izlənilməsi; (Personalın yenidən təlimə cəlb edilməsi, Personala inzibati tədbirin görülməsi,İzlənəbilirlik sisteminin yaradılması)
  • Outsorce tərəfindən yoxlanılan marketlərdə yoxlamaların nəticələrini təthlil etmək və onlara uyğun işləri təşkil etmək (qida təhlükəsizliyi, infrastruktur yoxlamaları)
  • Meyvə-Tərəvəz qəbulu, saxlanılması və göndərilməsi prosesi işlərini həyata keçirmək, reyesterin tutulmasını hazırlamaq və avtomatlaşdırmaq (elektron sistemə keçid)
  • Soyuq-Donuq anbar Keyfiyyət proseslərinin real icrasının planını hazırlamaq və icrasını təmin etmək, “soyuq zəncir” sistemini qurmaq.

Xüsusi tələblər

  • Qida mühəndisliyi, standartlaşdırma və sertifikasiya, istehlak mallarının ekspertizası, kimya, kimya-texnologiya üzrə ali təhsil;
  • Keyfiyyətə Nəzarət Sahəsi, Beynəlxalq və yeri standartların tələbi, idarəetmə sahəsində təcrübə;
  • Qeyd edilən sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə Rus dili biliyi (İngilis dili arzuolunandır);
  • Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi;
  • İSO 9001, İSO 22000, BRCGS, İSO 31000, FSSC 22000, Validasiya və Verifkasiya, HACCP, İSO 17025, Kök Səbəb Analizi  və digər qida təhlükəsizliyinə dair  sertifikatlar.

Telegram kanalımız