İR əməliyyatları şöbəsinin rəhbəri

Bakı

Sağlam Ailə
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kadr təminatının proqnozlaşdırılmasını, işçilərin şəxsi işlərinin aparılmasını, insan resurslarının kadr kargüzarlığı və iş vaxtının uçotunun aparılmasının təşkilini və həyata keçirilməsini təmin etmək
  • Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi, iş vaxtının uçotunun aparılması ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
  • Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək ;
  • Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
  • Təşkilati struktur bölmələrinin struktur və ştat cədvəlləri üzrə təkliflər vermək, onların layihələrini hazırlamaq ;
  • Əməkdaşların əmək müqavilələrini, onlara əlavə və dəyişiklikləri, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə təkliflər hazırlayır, habelə sənədləşmə işlərini təşkil edir, eləcə də əmək müqaviləsi bildirişlərini Elektron Hökumət Portalında qeydiyyatdan keçirilməsinə nəzarət edir;
  • İnsan resurslarının idarə edilməsi üzrə sənədləşmə və kadr uçot işlərini təmin edir, informasiya bazasını formalaşdırır və onun avtomatlaşdırmasına dair təkliflər hazırlayır;
  • İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək;
  • Kargüzarlıq, sənəd, eləcə də elektron sənəd dövriyyəsi, arxiv işi və əməkdaşların qəbulu, onların müraciətlərinə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilini və həyata keçirilməsini təmin etmək;
  • Sənəd qovluqlarının, şəxsi işlərin düzgün formalaşdırılması, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərini müəyyən etmək;
  • Əməkdaşlar tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
  • Qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sosial elmlər və psixologiya, İnsan resurslarının idarə edilməsi, biznesin idarə olunması, sosiologiya və s.);
  • İnsan resursları sahəsində 4-5 il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə qabiliyyəti və idarəetmə bacarıqlarına malik olmaq;
  • Azərbaycan dili əla, rus və ingilis dilləri bilikləri arzuolunandır;
  • Mükəmməl analitik, şəxsiyyətlərarası bacarıqlar, danışıqlar aparmaq və mübahisələrin həlli üzrə bacarıqlar;
  • İşləri vaxtında çatdırmaq bacarığı və iş vaxtını idarə etmək qabiliyyəti.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 AZN

Premium
 
  • 600 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 800 AZN

Telegram kanalımız