Keyfiyyətin təminatı və biznes proseslər üzrə mütəxəssis

Bakı

SOCAR Downstream Management
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdarəetmə Sistemi Standartlarının (MSS) tələblərinə riayət edilməsini təmin etmək;
  • İdarəetmə Sistemi Standartları üzrə hesabatların təqdim edilməsi və qiymətləndirilməsi üçün məlumat toplama prosesinə cəlb olunmaq;
  • Təşkilat daxilində İdarəetmə Sistemi Standartları siyasətləri və digər müvafiq tələblər barədə məlumatlı olmaq, onların başa düşülməsini və lazımi ünsiyyətin olmasını təmin etmək üçün metodlar həyata keçirmək;
  • Daxili/xarici auditin planlaşdırılması, hesabatın təqdim edilməsi və sonrakı tədbirlərlə bağlı daxili audit qrupunun üzvü kimi Keyfiyyət təminatı üzrə baş mütəxəssislə əməkdaşlıq etmək;
  • Keyfiyyətlə bağlı sənədlərin (siyasət, məqsədlər, prosedurlar, iş təlimatları, formalar və s.) işlənib hazırlanması və nəzərdən keçirilməsinə dəstək olmaq;
  • Müvafiq olaraq təşkilati prosedurları/iş təlimatlarını nəzərdən keçirmək və şərh etmək.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə bakalavr dərəcəsi (Texniki elmlər və ya Biznesin idarə olunması/Layihənin idarə edilməsi üzrə təhsilə üstünlük verilir (Magistr dərəcəsinin olması üstünlükdür.);
  • Keyfiyyət təminatı ilə əlaqəli sertifikatların olması yüksək qiymətləndirilir;
  • ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartlarından hər hansı biri üzrə baş auditor sertifikatı;
  • Keyfiyyətin idarə olunması ilə bağlı oxşar vəzifələrdə 3 il iş təcrübəsi (Neft-qaz sənayesində olması üstünlükdür);
  • İdarəetmə sistemləri üzrə daxili auditlərin planlaşdırılması, keçirilməsi, hesabat olunması və izlənilməsi;
  • Keyfiyyət təminatı terminləri, metodları və vasitələri üzrə biliklərin olması;
  • İdarəetmə sistemi standartlarını (ISO 9001, ISO 14001, ISO 45001) yaxşı başa düşmək və şərh etmək; 
  • Microsoft Office proqramlarından mükəmməl səviyyədə istifadə etmək;
  • İngilis dili üzrə biliyin orta səviyyədən yuxarı (upper-intermediate) olması;
  • Dəyişən təşkilati və əməliyyat tələbatlarına uyğunlaşma bacarığı;
  • Çoxsaylı tapşırıqları eyni zamanda idarə etmək qabiliyyəti;
  • Komanda daxilində çoxsaylı funksional bölmələr və ixtisaslaşma sahələri üzrə yaxşı işləmək qabiliyyəti; 
  • Güclü müşahidəçi və detallara qarşı diqqətcil olmaq qabiliyyəti;
  • Həm şifahi, həm də yazılı şəkildə yaxşı ünsiyyət qurmaq bacarığı; 
  • Tədbirli və təşəbbüskar olmaq qabiliyyəti;
  • Beynəlxalq standartlara uyğun olaraq müstəqil işləmək, qanunvericilik tələblərini, təşkilat təlimatlarını və prosedurlarını şərh etmək, funksional məqsədlərə və peşəkar standartlara cavab vermək.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız