Mütəxəssis (Enerji səmərəliliyi və investisiyalar şöbəsi)

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Energetika sahəsi üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli 
proqramların hazırlanmasında təkliflər verir; 
• Elektrik, istilik enerjisi və qaz resurslarından səmərəli və qənaətlə istifadə olunması, elektrik və
istilik enerjisinə, habelə qaza tələbatın tam ödənilməsi məqsədi ilə təşkilati-texniki tədbirlərin 
həyata keçirilməsi üzrə təkliflər verir; 
• Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji 
resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normaları ilə bağlı təkliflər layihəsi hazırlayır; 
• Müvafiq sahədə investisiya mühitinin əlverişliliyinin artırılması, habelə beynəlxalq təcrübə
nəzərə alınmaqla, investisiya mühitinin yaxşılaşdırılması üçün stimullaşdırıcı mexanizmlərin 
hazırlanmasına dair təkliflər verir;
• Vəzifəsini yerinə yetirmək üçün səlahiyyəti daxilində Agentliyin digər strukturlarından zəruri 
məlumat və sənədlər alır;
• Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə eyni sahədə fəaliyyət göstərən beynəlxalq 
mütəxəssislərlə (ekspertlərlə) təcrübə mübadiləsi aparır və təkliflər verir;
• Şöbə müdirinin tapşırığı ilə digər təşkilatlarda, iclas, seminar, konfrans və müşavirələrdə
Agentliyi təmsil edir;
• Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılmasını və cavablandırılmasını təmin edir;
• Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Xüsusi tələblər

• Energetika və ya İqtisadiyyat üzrə ali təhsil və ixtisas profilinə uyğun 3 ildən az olmayaraq iş 
təcrübəsi;
• Yaş həddi 25-40 aralığı;
• Yüksək səviyyədə Excel bilikləri
• Data Analitikanı bilməsi üstünlükdür
• Kataloqlar və internet kimi mənbələrdən istifadə etmək bacarığı;
• Texniki şərtləri, texniki tapşırıqları və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı;
• Azərbaycan dilini səlis bilməli, ingilis və ya rus dilini yüksək səviyyədə;
• Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;


Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji səmərəliliyi və investisiyalar şöbəsi - Mütəxəssis) qeyd etməniz tələb olunur

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız