Mütəxəssis (Daxili audit və nəzarət şöbəsi)

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Audit zamanı aşkar edilən məsələlərin müzakirəsində iştirak edir və müvafiq qaydada həll yollarına dair təkliflər verir;
• Audit olunmalı sahədə audit testlərini həyata keçirir, məruzə ediləsi məsələləri və riskin ölçülərini təyin edir; 
• Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində yoxlama qrupunun tərkibində audit yoxlamalarında iştirak 
edir;
• Riskyönümlü audit proqramlarını tərtib edir və müvafiq qaydada şöbə müdirinə təqdim edir;
• Yoxlamaların həyata keçirilməsi zamanı aşkar edilmiş nöqsanları rəsmiləşdirir;
• Audit yoxlaması üçün tələb olunan sənədlərin təhvil-təslimini həyata keçirir; 
• Audit yoxlamasının nəticələri üzrə sənədləri arxivləşdirir;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Xüsusi tələblər

• Ali təhsil (audit, hüquq və ya iqtisadiyyat ixtisasları üzrə);
• Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 2 il iş stajı;
• “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
• “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
• Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;
• Beynəlxalq Daxili Audit standartlarını bilməsi;
• Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
• Ofis proqramlarında işləmə bacarığı;
• Azərbaycan dilini səlis və ingilis dilləri arzuolunandır;
• Yaş həddi 25-40 aralığı;
• Yüksək korporativ ünsiyyət bacarığı.


Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsi – Mütəxəssis) qeyd edin.


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız