Təchizat şöbəsinin müdiri

Bakı

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
  • Strukturlarda əsas vəsaitlərin uçotu və hərəkətinin idarə olunması, mal-material anbarlarının işinin təşkil olunmasını təmin etmək;
  • Mədaxil olunan maddi vəsaitlərin ilkin fiziki inspeksiyası, sayılması və qəbulu, yerləşdirilməsi və ilkin uçotu işinin (qeydiyyatı, kodlanması və etiketlənməsi və uyğunlaşdırılmasının) düzgün, dəqiq və zamanında təşkil edilməsini təmin etmək;
  • Mal-material qalıqlarının optimal həddə saxlanılması, qənaətli istifadə və optimal sifariş həcmi üzrə metodologiya və prosedurların tətbiq olunmasını təmin etmək;
  • Əsas vəsaitlərin və mal-material qalıqlarının uçotu və hərəkəti üzrə proqram təminatının istifadəsi, vəsaitlər haqqında ətraflı məlumat bazasının yaradılması və saxlanılması, anbar hərəkətləri üzrə daxili nəzarət qaydaları və prosedurlara uyğun sənəd axışı və hesabatlılıq sisteminin tətbiqini və inkişaf etdirilməsini təmin etmək;
  • Daxili təminat və sifarşlərin zamanında və düzgün şəkildə təmin edilməsini işini təşkil etmək;
  • Əsas vəsaitlərin və mal-materialların hərəkəti üzrə uçotun düzgün və zamanında aparılmasını təmin etmək, əsas vəsait reyestri və mal-material qalıqları haqqında uçot məlumatlarının hər zaman düzgün və rallığa uyğun olmasını təmin etmək;
  • Şirkətlərdə əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqini təmin etmək;
  • Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək;
  • Daxili Nəzarət Departamenti tərəfindən təşkil olunan İnventarizasiya Komissiyasının tərkibində iştirak etmək və dövri inventarizasiya prosesi üçün vəsaitlərin və uçotun hazır vəziyyətə gətirilməsini, həmçinin inventarizasiya üçün funksional dəstəyin təmin olunmasını təşkil etmək;
  • İstifadəyə yararsız və köhnəlmiş vəsaitlərin, həmçinin iş prosesində yaranmış dəyərli yan-istehsalat məhsullarının realizasiyaya hazır vəziyyətə gətirilməsini təmin etmək və realizasiya prosesində dəstək olmaq;
  • Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək;
  • Mütəmadi olaraq rəhbərlik etdiyi funksiyanın (şirkətlərdəki müvafiq strukturlar da daxil olmaqla) və öz fəaliyyətinə dair rəhbərliyə Performans Hesabatları təqdim etmək.


Xüsusi tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); 
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi(anbardar olaraq təcrübə mütləqdir);
  • Azərbaycan dili səlis, rus dili və ya ingilis dili əla səviyyədə;
  • 1C proqramını yaxşı səviyyədə bilmək;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat şöbəsinin Müdiri” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün (CV): hr@aiscoaz
Telegram kanalımız