Tender üzrə mütəxəssis

Bakı

Azenco

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikasının dövlət qurumları, publik hüquqi şəxsləri və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Azərbaycan Respublikası daxilində və xaricində beynəlxalq maliyyə qurumları və donor təşkilatları tərəfindən maliyyələşən layihələr çərçivəsində elan edilmiş və şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderlərdə iştirak üçün müəyyən edilmiş tələblərin, ixtisas uyğunluğu meyarlarının təhlil edilməsi və rəhbərliyə məruzə edilməsi;
  • Tender sənədlərinin əldə olunması, səmərəli iş planlaması və bölgüsü əsasında tender təkliflərinin operativ qayda hazırlanması;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;
  • Tender təkliflərinin hazırlanması üçün tələb olunan əlavə rəsmi sənədlərin (maliyyə hesabatları, arayışlar, təsdiqedici sənədlər, bank zəmanətləri və s.) vaxtlı-vaxtında müvafiq qurumlardan alınması; 
  • Tender təkliflərinin hazırlanması üçün tələb olunan kommersiya məlumatlarının, layihə-smeta sənədlərinin və digər texniki sənədlərin şirkətin müvafiq şöbələrindən tələb olunması, toplanması və son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Təqdim olunmuş tender təkliflərinin qiymətləndirilməsi mərhələsində tender keçirən təşkilatlar tərəfindən ünvanlanmış sorğuların cavablandırılması;
  • Tender prosesinin müxtəlif mərhələlərində şirkətin təmsil olunması;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə təlimatına uyğun olan digər tapşırıqların yerinə yetirilməsi;
  • Korporativ nömrə (korporativ paket);
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı şəh., Xətai rayonu, Daşqın Səfərov küç. 9.

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil (Tikinti üzrə olması üstünlükdür);
  • Təcrübə: Sənaye malları üzrə təchizat və tender sahəsində iş təcrübəsi 2 ildən artıq;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək; 
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərini bilməli;
  • Sənədləşmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Tikinti sahəsi barədə məlumatlı olması;
  • Təhlil etmək və problem həll etmək bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Tapşırıqların icrasında çevik yanaşma bacarığı;
  • Analitik və problem həll etmə bacarığı;
  • Əməkdaşlıq və Komanda işi;
  • Vaxtın düzgün idarə edilməsi.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı, Ağcabədi, Tovuz, Sabirabad, Füzuli, Yevlax, Şəmkir, Kürdəmir, Quba, Cəlilabad, Gəncə, Masallı, Şəki, Zaqatala

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 AZN

 
  • Bakı

  • 450 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız