Beynəlxalq layihələrin idarə olunması üzrə baş mütəxəssis

Bakı

Azərbaycan Texniki Universiteti
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •   Universitet daxili icra olunan layihələrin işçi qruplarının fəaliyyətini izləyir, müvafiqiclaslarda iştirak edir, məlumat və hesabatların yazılmasını və paylaşılmasını təmin edir. 
  •   Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlayır, mövcud çətinliklərin və əngəllərin aradan qaldırılması üçün təklif və tövsiyələr təqdim edir.
  •   Mövcud layihələrin işlənilməsi üçün zəruri məlumatları əldə edir, fəaliyyətləri planlaşdırır, fakültə və dekanlarla layihə üzrə işi təşkil edir, müvafiq mütəxəssisləri layihə üzrə fəaliyyətlərə cəlb edir, layihə planlamasına uyğun olaraq tələb olunan komponentlər üzrə hesabatları tələb və təqdim edir.
  •   Beynəlxalq qrantların mövzusu ola biləcək universitet daxilində layihələrin müəyyən edilməsi və müvafiq mütəxəssisləri cəlb etməklə yazılmasını, xarici
  • partnyorlarla əlaqələndirilməsini, tələb olunan qaydalar üzrə təqdim edilməsini təmin edir. 
  •   Universitetin struktur bölmələrinin layihələr üzrə fəaliyyətlərinin təşkili və əlaqədar kommunikasiyanın qurulması üçün müvafiq təklif və tövsiyələrini hazırlayır.
  •   Beynəlxalq layihələrlə əlaqəli xarici tərəfdaşlarla əlaqələr qurur, görüşlər təşkil edir,yerli və xarici tədbirlərdə iştirak edir, layihə çərçivəsində həyata keçirilən səfərlərdə iştirak edən əməkdaşların ezamiyyə üçün tələb olunan sənədləşmə və hazırlıq işlərinə dəstək olur. 
  •   Universitetin layihə fəaliyyəti, o cümlədən yeni layihələrdə iştirak üzrə illik əsasda statistik məlumatların toplanması və baza məlumatın növbəti illərin məlumatları ilə müqayisəsini aparmaq və hesabatını verməyə dəstək göstərir;
  •  Layihələrin icrasından irəli gələn universitet daxili və xarici sənədləşmə işlərinin yerinə yetirilməsini təmin edir və fəaliyyəti ilə bağlı müvafiq akt və protokolların tərtib edir.

Xüsusi tələblər

  •  Ali təhsil (Magistr təhsili); 
  •  Minimum 3 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
  •   Dil bilikləri: İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
  •   Ms Office, Ms Access, MS project proqramları üzrə biliklər;
  •   Ünsiyyətcillik,komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmə qabiliyyəti; 
  •  “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf proritetləri və qanunvercilik bazası, Boloniya prosesi  haqqında biliklər.
  • Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini “Beynəlxalq layihələrin idarə olunması üzrə baş mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilər.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız