ERP Sistemlərin İdarə Edilməsi Rəhbəri

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • ERP Sistemlərin İdarə Edilməsi Rəhbəri Azercell-in ERP sistemlərinin optimallaşdırılması, planlaşdırılması və təkmilləşdirilməsi üzrə cavabdehlik daşıyır
  • Rəhbər Azercell-in ERP sisteminin effektiv işləməsində əsas rol oynayacaq və bır sıra departamentlərarası koordinasiyanı aktiv şəkildə təşkil edəcək, müştəri təcrübəsini təkmilləşdirmək üçün mütəmadi olaraq son istifadəçilərlə əlaqədə olacaq
  • Bu vəzifənin icrasında biznes prosesi üzrə güclü bilik, layihə idarəetmə bacarıqları və ERP sistemlərinin layihələndirilməsi və idarə edilməsi üzrə geniş təcrübə tələb olunur
  • Detallara diqqət yetirmək, ümumi mənzərəni görmək, habelə çətinliklərin öhdəsindən həvəslə gəlmək bacarığınız varsa, müxtəlifliyə malik təşkilatda departamentlərarası əməkdaşlığa hazırsınızsa, siz ideal namizəd hesab edilirsiniz
  • ERP-dən kənar əlavə dəstək sistemləri (ESS) (Elektron sənəd dövriyyəsinin idarəedilməsi) üzrə təcrübə namizədliyinizə əlavə dəyər qata biləcək
  • Son istifadəçi tələblərini araşdırmaq və öyrənmək
  • Təlim təşkil etmək və şirkət daxilində ERP-nin istifadəsinə dair məlumatlılığı təşviq etmək
  • Əsas biznes strukturları arası koordinasiyada, tələb olunduqda sənəd və son istifadəçi təlimatlarının tərtibatı və təkmilləşdirilməsinə rəhbərlik etmək
  • Hesabatlar və analitik vasitələrin layihələndirilməsi, yaradılması, tətbiqi və saxlanması prosesini idarə etmək
  • İstifadəçilərə idarə panellərindən istifadə, məlumatların çıxarılması və s. üzrə təlim keçmək və dəstəkləmək
  • Son istifadəçilərdən daxil olan yardım müraciətləri, şikayətlər və tövsiyələrini nəzərdən keçirmək
  • ERP təchizatçıları ilə əsas əlaqə vasitəsi kimi çıxış etmək
  • Üçüncü tərəfin cəlb edilməsi üçün iş planları və illik büdcəni idarə etmək
  • ERP təchizatçısı və əlaqəli ERP dəstək komandaları ilə birgə dəstəklə bağlı sorğuları idarə etmək
  • Təchizatçıların idarə edilməsi (SLA təşkili və nəzarəti, qarşılıqlı əlaqələr və s.)
  • ESS sahəsində xidmətin inkişafını təmin edən proqramçı və sınaqçılardan ibarət komandaya rəhbərlik etmək, həmçinin İT siyasətlərini, prosedurlarını və ən yaxşı təcrübələri həyata keçirmək.
  • ESS sahəsində xidmətin inkişafını təmin edən komandanın peşəkar inkişaf ehtiyaclarını müəyyən etmək
  • Şöbə/Bölmə/qrup hədəfləri, müvafiq performans göstəricilərini müəyyən və tətbiq etmək, nəzarət mexanizmlərini işləyib hazırlamaq və onlara riayət etmək
  • Komandanın inkişaf etdirilməsi tədbirləri (performans göstəricilərinə uyğun olaraq işçilərə müvafiq geribildirim təqdim etmək və işçilərin fərdi inkişaf planlarını hazırlamaq)

Xüsusi tələblər

  • Sistemlərin idarə edilməsi üzrə təsdiqlənmiş təcrübə və ya müvafiq sahə üzrə yüksək dərəcə
  • İT komandalarına rəhbərlik etmək və idarə etmək, həmçinin İT siyasətlərini, prosedurlarını və ən yaxşı təcrübələri həyata keçirmək
  • Müəssisə Resurslarının Planlaşdırılması (ERP) Sistemlərinin həyata keçirilməsi və idarə olunması üzrə iş təcrübəsi. SAP ERP üzrə texniki təcrübəyə üstünlük verilir
  • Layihə və Dəyişikliklərin İdarə Edilməsi üzrə bacarıqlar (büdcə planlaşdırma, risklərin və resursların idarə edilməsi və keyfiyyət təminatı daxil olmaqla). PMP və ya müvafiq sertifikata üstünlük verilir
  • Davam edən çoxsaylı tapşırıqları prioritetləşdirmək və idarə etmək qabiliyyəti
  • Təzyiq altında işləmək və son icra tarixlərinə riayət etmək bacarığı
  • Güclü analitik düşüncə, problem həll etmə və qərar vermə bacarıqları. 
  • Mürəkkəb texniki məsələləri təhlil etmək və biznes tələblərinə və məqsədlərinə cavab verən həllər təqdim etmək bacarığı.
  • Mükəmməl səviyyədə komandalar arası əməkdaşlıq etmək, əlaqələr yaratmaq, komanda qurmaq, təşkilatçılıq və ünsiyyət bacarıqları
  • Detallara diqqət yetirmək bacarığı
  • Strateji planlaşdırma, nəticə-yönümlü idarəetmə və hesabatlılığa rəhbərlik etmək bacarığı
  • MS Office proqramları üzrə mükəmməl bilik
  • Məlumat bazalarını idarə etmək təcrübəsi və məlumat bazası strukturu və nəzəriyyəsi haqqında bilik
  • Ümumi biznes idarəetmə prosesləri və funksiyaları haqqında bilik
  • Texniki məsələləri yüksək səviyyəli rəhbərliyə və qeyri-texniki maraqlı tərəflərə çatdırmaq üçün həm şifahi, həm də yazılı effektiv ünsiyyət bacarıqları
  • İnkişaf etməkdə olan texnologiyalar, tendensiyalar (qanunvericilik və digər tənzimləyici tələblər daxil olmaqla) və telekommunikasiya haqqında biliklər 
  • Kompüter Elmləri və ya müvafiq texniki sahə
  • Magistr pilləsi arzuolunandır 
  • Azərbaycan dili – sərbəst
  • İngilis dili – yüksək səviyyədə

Üstünlük kimi nəzərə alınacaq:

  • SAP ABAP ilə iş təcrübəsi üstünlük təşkil edəcək
  • SAP HANA, S4/HANA və ya bulud kimi innovativ texnologiyalar haqqında bilik

Oxşar vakansiyalar

 
  • Bakı

  • 400 - 600 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 AZN

Telegram kanalımız