Tender Mütəxəssisi (Aparıcı Mütəxəssis)

Bakı

Euroclima
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;  
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində tender komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
  • Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması
  • Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
  • Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırılmaların aparılması;
  • Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması.

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
  • Azərbaycan dili, rus-ingilis dili üstünlükdür;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Müqavilələrlə iş təcrübəsi;

Şərtlər:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək
  • İş günləri: həftə içi 5 gün, 09:00-18:00.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Tender mütəxəssisi (aparıcı mütəxəssis)” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər;

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Hacıqabul

  • 400 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız