Hüquq məsləhətçisi

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müqavilənin tərtib edilməsi, nəzərdən keçirilməsi və müzakirə olunmas;
  • Kommersiya müqavilələri, təchizat müqavilələri, tərəfdaşlıq müqavilələri və lisenziya müqavilələri daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, müştəlif müqavilələrin tərtib edilməsi, nəzərdən keçirilməsi və müzakirə olunması;
  • Müqavilələrin şirkətin siyasətlərinə, tənzimləyici tələblərə və sənaye standartlarına uyğun olmasını təmin etmək;
  • Şirkətin maraqlarını qorumaqla əlverişli şərtlərlə danışıqlar aparmaq;
  • Daxili müştərilərə, şöbələrə və tərəfdaş qurumlara müxtəlif hüquqi məsələlər, o cümlədən müqavilələrin şərhi, normativ tələblərə əməl edilməsi, əqli mülkiyyət hüquqları, məlumatların qorunması və mübahisələrin həlli üzrə hüquqi təlimat və dəstək vermək;
  • Hüquqi məsələlərin həllində və biznes məqsədlərinə nail olmaq üçün müxtəlif funksional komandalarla sıx əməkdaşlıq etmək;
  • Kompleks araşdırma və risklərin qiymətləndirilməsi və idarə edilməsi;
  • Birləşmələr, satınalmalar, birgə müəssisələr və digər strateji əməliyyatlar üçün hüquqi araşdırmanın aparılmasına yardım göstərmək;
  • Potensial əməliyyatlarla bağlı hüquqi riskləri, məsuliyyəti və imkanları müəyyənləşdirmək;
  • Təklif edilən biznes fəaliyyətləri, müqavilələr və strateji təşəbbüslərlə bağlı risk qiymətləndirmələrinin aparılması;
  • Hüquqi və normativ baza ilə əlaqədar riskləri azaltmaq üçün strategiyaların işlənib hazırlanması, o cümlədən risklərin idarə edilməsi proseslərinin və nəzarət tədbirlərinin həyata keçirilməsi;
  • Yüksək rəhbərlik üçün kompleks araşdırma hesabatlarının və tövsiyələrin hazırlanması;
  • Hüquqi araşdırmalar və təhlillər aparmaq, mövcud və ya yeni məhsulları, təşəbbüslər və layihələr üzrə hüquqi rəy bildirmək, tətbiq edilən qanunlara, qaydalara və sənaye standartlarına uyğunluğu təmin etmək;
  • Müqavilələrin təfsiri, tətbiqi və icrasının idarə edilməsi ilə bağlı təlimat vermək;
  • Strateji təşəbbüslər, məhsul təqdimatları və biznesin genişləndirilməsi planları üzrə struktur bölmələr və yüksək səviyyəli rəhbərliklə əməkdaşlıq etmək;
  • Strateji qərarların qəbulu, o cümlədən hüquqi nəticələrin qiymətləndirilməsi və növbəti fəaliyyətlərin tövsiyə edilməsi üçün hüquqi yardım və dəstək göstərmək;
  • Hüquqi və normativ baza ilə əlaqədar yeniliklərdən xəbərdar olmaq;
  • Qanunvericilikdə, qaydalarda və sənaye tendensiyalarında baş verən və Şirkətin fəaliyyətinə aid olan dəyişiklikləri izləmək;
  • Korporativ idarəetmə, birləşmələr və satınalmalar, məhkəmə mübahisələrinin idarə olunması və tələblərə əməl edilməsi üzrə təlimlər də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, tələb olunan zaman müxtəlif hüquqi məsələlər üzrə dəstək vermək;
  • Əməliyyatları optimallaşdırmaq və səmərəliliyi artırmaq üçün üstün təcrübələrin, standart müqavilə şablonlarının və hüquqi proseslərin işlənib hazırlanmasına və həyata keçirilməsinə köməklik göstərmək.

Xüsusi tələblər

  • Hüquq sahəsində bakalavr dərəcəsi;
  • Müvafiq sahədə 2-4 il iş təcrübəsi;
  • Azərbaycan və İngillis - əla səviyyədə;
  • Kommersiya hüququ, Müqavilə hüququ, Əqli Mülkiyyət hüququ, Mülki hüquq, Əmək Qanunu, Məlumatların Məxfiliyinin Qorunması Qanunu, Lisenziyalaşdırma və İcazə Tələbləri;
  • Microsoft Excel, Word, Outlook;
  • Müxtəlif növ kommersiya müqavilələrini və digər tələb olunan hüquqi sənədləri tərtib etmək bacarığı;
  • Böhran vəziyyətinin İdarə Edilməsi, Mədəniyyətlərə Qarşı Həssas Yanaşma (müxtəlif, multikultural mühitlərdə səmərəli işləmək bacarığı), İnnovasiya və Uyğunlaşma, Coğrafi Çeviklik (ara-sıra, ölkədaxili və ya beynəlxalq miqyasda səyahət etmək istəyi və imkanı), Çoxşaxəli Biliklər (maliyyə, iqtisadiyyat, kibertəhlükəsizlik və ya marketinq kimi sahələrdə təcrübə və ya səriştə);
  • Detallara diqqət etmək;
  • Müştəri yönümlü;
  • Komanda işi və Əməkdaşlıq;
  • Nəticələri idarə edə bilmək;
  • Mükəmməl yazı qabiliyyəti;
  • Konseptual düşünə bilmək. Ümumi rəsmi görə bilmək;
  • Riskləri analiz edə bilmək, qabaqcadan görə bilmək.
Telegram kanalımız