Satış təmsilçisi (santexnika)

Bakı

Collezione Italia

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
  • Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
  • Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
  • Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
  • Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
  • Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
  • Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
  • Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq; 
  • Sərgilərdə və iş görüşlərində iştirak;

Xüsusi tələblər

  • Premium seqmentdə ən az 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti; 
  • MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Satış texnikası haqqında biliyin olması;
  • Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
  • Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
Şərtlər:
  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 6 günlük iş qrafiki.
  • İş saatı:Növbəli  10:00-18:00; 10:00-20:00
  • Əmək haqqı: Fix + bonus hissələrdən ibarətdir.

          Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində Satış təmsilçisi – Santexnikasözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 

          Müraciət etmək üçün: [email protected]

          Oxşar vakansiyalar

           
          • Xırdalan

          • 450 AZN dən

          Premium
          • Bakı

          • Razılaşma yolu ilə

           
          • Bakı

          • Razılaşma yolu ilə

           
          • Bakı

          • Razılaşma yolu ilə

           
          • Bakı

          • Razılaşma yolu ilə

          Telegram kanalımız