Anbarlar üzrə koordinator

Bakı

Matanat A

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək;
• Təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək;
• Zədəli və servisə göndərilməli olan malların aktlara və sənədlərə uyğun olaraq vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək;
• Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirməsi, motivasiya edilməsi və kollektiv ruhunu qorumağı;
• Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək;
• Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
• Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə mağaza müdirini vaxtında məlumatlandırmaq;
• Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.

Xüsusi tələblər

• Təhsil: Ali
• Sahə üzrə minimum 5 il iş təcrübəsi, onun 2-ildən çoxu baş anbardar və oxşar pozisiyalarda.
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus və İngilis dili (arzuolunan)
• Yüksək səviyyədə kompüter bilikləri (1C, Microsoft Office)
• Şəxsi avtomobilin olması.
• Ezamiyyətlərə getmə imkanı.

İş şəraiti

• 6 günlük iş qrafiki; 
• Nahar və servis şirkət tərəfindən verilir;
• Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
• Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.


Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız