Baş mühasib

Bakı

Azər Glass MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi, aidiyyatı Dövlət strukturlarına və müəssisə rəhbərliyinə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən bütün məlumatların vaxtında təqdim edilməsinin təşkil edilməsi
  • Vergi hesabatlarının (Mənfəət,ÖMV, ƏDV, əmlak, DSMF və s.) təqdim edilməsi
  • Müəssisə üzrə aylıq, rüblük və illik hesabatların vergi, statistika və DSMF-na göndərilməsi
  • ƏDV depozit hesabı və Şəxsi hesab vərəqəsinə nəzarət etmək, ödənişləri təmin etmək
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, qoyulan vaxt ərzində ödənilməsi
  • Debitor və kreditor borclara nəzarət etmək
  • Balansın və onun əlavələrinin tərtib edilməsinə və aidiyatı üzrə təqdim edilməsi
  • Müəsisənin aktiv və öhdəliklərinin mütəmadi inventarizasiyasının aparılması
  • Xərclərə nəzarət və optimallaşdırılması üçün təkliflərin hazırlanması
  • Müəssisə rəhbərliyi tərəfindən verilən əmrlərin, sərəncamların və digər yazılı göstərişlərin icrasının təşkili
  • İş qrafiki: Həftə içi 6 iş günü, 09:00-dan - 18:00-dək
  • Bazar istirahət günləri

Xüsusi tələblər

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
  • Baş mühasib kimi ən azı 7-10 il iş təcrübəsi
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi
  • Mühasibatlıqla bağlı AR qanunvericiliyi, Vergi məcəlləsini bilməli
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli
  • Peşəkar mühasib sertrifikatının olması arzuolunandır
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli
  • İnternet bankinq ilə işləyə bilməli

Tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini, mövzu (subject) yerinə “Baş mühasib” yazaraq [email protected] göndərmələri xahiş olunur

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Şuşa

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 - 700 AZN

Telegram kanalımız