Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
Şirkətində istifadə olunan 1C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
İş və xidmətlərin maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsini icra etmək.
Bank əməliyyatlarının həyata keçirmək;
Balans, avans hesabatının aparılmasını təmin etmək;
Nahar yeməyi;
Korporativ nömrə;
İş qrafiki: 6 günlük (şənbə qısa iş günü);
İş yeri: Bakı şəhəri, H.Əliyev pr.189 (Baku City Residence).
Xüsusi tələblər
Təhsil: Ali iqtisadi təhsil (maliyyə, mühasibat uçotu və audit);
Təcrübə: Müvafiq vəzifə üzrə böyük iş təcrübəsi (5 il +);
Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, əcnəbi dil biliyi üstünlükdür;
Kompüter bacarıqları: MS Office, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə mükəmməl biliklər;
Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür;
Beynəlxalq mühasibatlıq bilgilərinin (ACCA, F3 maliyyə uçotu sertifikatı) olması əlavə üstünlükdür;
Məsuliyyət və punktuallıq;
Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;