Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçisi

Bakı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılması üçün uyğun əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi; 
  •  monitorinq  və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
  • monitorinq və qiymətləndirmənin səmərəli həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və müvafiq olaraq onların qiymətləndirmədə tətbiqi istiqamətində təkliflər hazırlamaq;
  • dövlət proqramlarının səmərəsinin qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və icrasını təmin etmək;
  • monitorinq və qiymətləndirmə ilə bağlı dövrü hesabatları hazırlamaq və təqdim etmək;
  • monitorinq və qiymətləndirmə ilə bağlı məlumatların (o cümlədən, statistik informasiyaların) yığımını təşkil etmək (birbaşa və dolayı mənbələrdən) və bu məlumatların qiymətləndirilməsi məqsədilə analitik işlər aparmaq, praktiki tövsiyələr hazırlamaq; 
  • Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
  • monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək.

Xüsusi tələblər

  • Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası).
  • Staja dair tələb: müvafiq sahədə minimum 3  il  iş təcrübəsi.
  • Kompüter biliklərinə dair tələblər: MS Office, internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır).
  • Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.
  • Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.


Göstərilən tələblərə cavab verən namizədlər CV-ni faylı ad və soyadla adlandırmaqla 2024-cü il 21 aprel tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçisi  qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Sumqayıt

  • 500 AZN

 
  • Bakı

  • 600 AZN

Telegram kanalımız