Avtomobil sürücüsü (Sabunçu rayonu)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək haqqı:3.84 azn/saatliq
  •  Yükgötürmə qabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının, manipulyator, bütün növdən olan minik avtomobillərini idarə etmək;
  • Avtomobilləri yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurmaq;
  • Avtomobilin texniki vəziyyətini yoxlamaq və xəttə çıxmazdan qabaq qəbul etmək, avtotəsərrüfata qayıtdıqdan sonra maşını təhvil vermək və ona ayrılmış yerə yerləşdirmək;
  • Xidmət edilən avtomobilin işi zamanı qarşıya çıxan və sökülməsi tələb edilən istismar nasazlığı düzəltmək;
  • İş şəraitində texniki yardım olmadıqda nizamlama işlərinin yerinə yetirmək;
  • Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənibboşaldılmasına, yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqları aradan qaldırmaq;
  • Yol sənədlərini rəsmiləşdirmək.

Xüsusi tələblər

  • Xidmət edilən avtomobillərin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını;
  • Texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda, açıq dayanacaqlarda mühafızə qaydalarını, akkumulyator batareyalarının və avtoşinlərin istismar qaydasını;
  • Təzə və əsaslı təmirdən çıxmış avtomobillərin sürülüb yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını;
  • Avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısınm alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu;
  • Yol-nəqliyyat hadisələri zamanı avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını;
  •  Yol hərəkəti haqqında qanunu
  • 4 Sertifikat
  •  "BC" kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.

Telegram kanalımız