Avtomobillərin təmiri üzrə çilingər (Siyəzən şəhəri)

Siyəzən

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək haqqı:4.33 azn/saatliq
  • Avtomobillərin mürəkkəb və məsul aqreqat, qovşaq və cihazlarının stend üzərində və şassidə texniki xidmət zamanı nizamlamaq və sınaqdan keçirmək; 
  • Yoxlayıcı aparaturada və yoxlayıcı ləvazimatlarla elektrik avadanlığının detal və qovşaqları yoxlamaq; 
  • Elektrik avadanlığı cihaz və aqreqatlarının sxem üzrə qurulması və şəbəkəyə qoşmaq; 
  • Təmir, yığma və sınaq prosesində avtomobil aqreqat və qovşaqlarında və elektrik avadanlığı cihazlarında mürəkkəb qüsurların və nasazlıqların aşkar və ləğv etmək; 
  • Detalların mürəkkəb və məsul çilingər emalı, 6-7-ci kvalitetlər (1-2-ci dəqiqlik dərəcələri) üzrə tamamlamaq; 
  • Ən mürəkkəb konfiqurasiyalı detal və qovşaqların statik və dinamik tarazlaşdırmaq; 
  • Yük və minik avtomobillərində və avtobuslarda hərəkətin təhlükəsizliyini təmin edən sistem və aqreqatların diaqnostikası və nizamlanmaq.

Xüsusi tələblər

  • Avtomobillərin quruluşu haqqında əsas məlumatları; 
  • Sadə qovşaqların yığılma qaydasını; elektrik naqillərin ayrılması, birləşdirilməsi, izolyasiya edilməsi və lehimlənməsi üsullarnı; 
  • Elektrotexnika və izolyasiya materiallarının əsas növlərini, onların xassələrini və təyinatını; bərkidici işlərin yerinə yetirmə üsullarını, birinci və ikinci texniki xidmətin həcmlərini; 
  • Ən geniş yayılmış universal və xüsusi ləvazimatların və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin təyinatını və tətbiq qaydalarını; 
  • Emal edilən materialların əsas mexaniki xassələrini; soyuducu və tormoz mayelərin, yağın və yanacağın təyinatını və işlədilməsini; 
  • Pnevmatik və elektrik alətin tətbiqi qaydalarnı; 
  • Gördüyü işin həcmində elektrotexnika və metalların texnologiyası üzrə əsas məlumatlarını; 
  • Orta mürəkkəbli qovşaq, aqreqat və cihazların quruluşunu və təyinatını; 
  • Avtomobillərin və motosikletlərin yığılma, detal, qovşaq, aqreqat və cihazların təmir qaydalarını; 
  • Elektrik avadanlığı cihaz və aqreqatların sökülməsi, yığılması, çıxarılması və qurulmasının əsas üsullarını; 
  • Məsul tənzimlənmə və bərkitmə işlərini; elektrik avadanlığı sistemində səciyyəvi nasazlıqları, onların aşkar və ləğvetmə üsullarını; 
  • Elektrik avadanlığının təmirində işlədilən materialın təyinatmı və əsas xassələrini; metalın əsas xassələrini; 
  • Detalların istiliklə emalınm təyinatını; 
  • Universal və xüsusi ləvazimatın və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin quruluşunu; 
  • Müsaidə və oturmaları, kvalitetləri (dəqiqlik dərəcələri) və nahamarlıq parametrlərini (təmiz emal dərəcələrini).
  • Avtomobillərin təmiri üzrə çilingər peşəsi üzrə sertifikat arzuolunandır

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 - 1500 AZN

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız