Teplovoz maşinisti

Bakı

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hərəkətin təhlükəsizliyinin və yanğın təhlükəsizliyinin təmin edilməsi; 
  • Qatarların idarə olunmasını və manevr işinin müəyyən edilmiş qaydada yerinə yetirilməsi və qabaqcıl texnologiyaya yiyələnməsi; 
  • Sərnişinlərin minib düşməsi qaydalarında pozuntulara yol verməməklə, sərnişinlərə keyfiyyətli xidmət olunmasının təmin edilməsi; 
  • Lokomotivin detal və aqreqatlarının, xidmət etdiyi və qarşılaşdığı qatarların vəziyyətlərinə, lokomotivin özbaşına hərəkətə gəlməsinə qarşı bərkidilməsinə nəzarət edilməsi; 
  • Maşinistlə maşinist köməkçisi arasında, lokomotiv briqadası ilə qatar dispetçeri yaxud stansiya növbətçiləri arasında danışıq reqlamentinin dəmir yolunda müəyyən olunmuş qaydada yerinə yetirilməsi; 
  • Lokomotivdə olan təhlükəsizlik sistemi qurğularının işləməsinə müdaxilə edilməməsi; 
  • Lokomotivdə təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə müəyyən edilmiş qaydada nəzarət edilməsi, onların və yanğından mühafizə qurğularının vəziyyətinin yoxlanılması, baş verə biləcək hadisələri önləmək bacarığı.

Xüsusi tələblər

  • Dəmir yolunun texniki istismar qaydaları (TİQ) üzrə biliklər; 
  • Dəmir yolunun işarəvermə qaydaları (İT) üzrə biliklər; 
  • Qatarların hərəkəti və manevr işinə dair təlimat(QHT) üzrə biliklər; 
  • Yanğın təhlükəsizliyinin təmininə dair təlimat üzrə biliklər.

Oxşar vakansiyalar

Telegram kanalımız