Satış təmsilçisi (Şamaxı-Balakən regionları üçün)

Şamaxı, Balakən

Damla Mebel MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
  • Satışa aparılan  məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları  dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı olaraq təqdim etmək;
  • Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
  • Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
  • Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.
  • Əmək haqqı: müsahibə əsasında (sabit və bonus hissədən ibarət).
  • Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir. 

Xüsusi tələblər

  • Ali Təhsil;
  • Müvafiq sahə və topdan satış  üzrə 2-3 il iş təcrübəsi;  
  • Təşkilati və analitik bacarıqlar;   
  • Sürücülük vəsiqəsinin (B kateqoriyası) olması mütləqdir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız