Aparıcı mühasib

Bakı

Crystal Group
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Baş verən əməliyyatların 1C mühasibat uçotu proqramında düzgün əks olunması;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
  • Dövlət orqanlarına təqdim olunan hesabatlarla əlaqədar daxil olan uyğunsuzluq məktubları və ya digər müraciətləri nəzarətdə saxlamaq, ehtiyac yarandıqda cavablamaq.
  • Əmək haqqı, Məzuniyyət haqqı, Ezamiyyə haqqı və Xəstəlik müavinətlərinin düzgün hesablanması və mühasibat uçotunda əks olunmasını təmin etmək;
  • İnternet bankçılıq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi;
  • E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək

Xüsusi tələblər

  • Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat) 
  • Analoji sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsi. 
  • Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür;
  • IT biliklər: BTP, 1C 8.3 proqramını, Word və Excel yüksək səviyyədə bilməli;
  • Elektron portallarda işləmək bacarığının olması (e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az);
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzu olunandır;
  • Mühasibat, vergi və əmək qanunvericiliyi barədə biliklər;
Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız