İnformasiya təhlükəsizliyinin idarə olunması üzrə daxili prosedurlar, qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi;
İnformasiya təhlükəsizliyi risklərinin müəyyən olunmasına, dəyərləndirilməsinə töhfə vermək və risk reyestrinə qeydiyyatın aparılmasına dəstək;
Fiziki və məntiqi buraxılışların idarə edilməsi prosesinə dəstək, yeni təcrübələrin araşdırılması, təkliflərin verilməsi və mövcud prosesin təkmillləşdirilməsi;
İnformasiya təhlükəsizliyi üzrə təhlükəsizlik tələblərinin müəyyən edilməsində dəstək;
İnformasiya təhlükəsizliyi üzrə nəzarət tədbirlərinin həyata keçirilməsində dəstək;
İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə və təlim proqramlarının hazırlanmasında dəstək göstərmək;
İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə təlimlərinin təşkilinə dəstək və təlimlərin keçirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.
Xüsusi tələblər
Ali təhsil (İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter elmləri, İnformasiya sistemlərinin idarə edilməsi üzrə müvafiq akademik ixtisas, ali təhsilin olması arzu olunandır)
Ümumi kibertəhlükəsizlik anlayışı;
Əməliyyat sistemləri, Microsoft AD, şəbəkələr, şəbəkə mühafizəsi sistemləri, bulud təhlükəsizliyi, məlumatların məxfiliyi, virtuallaşdırma, təhlükəsizliyə nəzarət vasitələri haqqında münasib anlayışın olması arzuolunandır;
İnformasiya təhlükəsizliyi üzrə proseslərin qurulması və siyasət, prosedurların yazılma üslubu ilə tanışlıq;
ISO 2700(x) seriyası, NIST CSF, COBIT və s. s. kimi informasiya təhlükəsizliyi standartları və qaydaları ilə tanışlıq;
Yaxşı səviyyədə MS Office proqramları ilə işləmə bacarığı;
Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan; rus və ya ingilis dilləri şifahi və yazılı kommunikasiya arzuolunandır
ISO 27001 Foundation, CompTIA Security+ sertifikatları arzuolunandır;
Komanda ilə işləmə bacarığı;
Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
Multi-tasking qabiliyyəti;
Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
Araşdırma bacarıqları;
Güclü analitik və tənqidi düşünmə qabiliyyəti;
Təhlil etmə və problemləri effektiv həll etmə bacarıqları;