Həkim-uşaq cərrahı

Bakı

TƏBİB

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrində qeyd olunan ixtisas üzrə vakant yer elan edir

Xüsusi tələblər

 • Ali tibb təhsili
 • Qüvvədə olan sertifikasiya şəhadətnaməsi

Tələb olunan sənədlər:

 • Şəxsiyyəti təsdiq edən sənədin surəti
 • Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla)
 • Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq)
 • Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla)


Müraciət qaydası

  •  CV [email protected] ünvanına göndərilməlidir
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (məsələn: BBSM-həkim-uşaq-cərrahı) qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız