Nəzarətçi

Bakı

ATS Mill MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Növbəni təhvil verən nəzarətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir.
  • Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət
  • Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması
  • Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi
  • Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması
  • Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
  • Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
  • Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
  • Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
  • Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
  • Hadisələrə qarşı diqqətli davranmaq
  • Ərazini vaxtaşırı gəzmək, vəzifəsinin icrasını həyata keçirmək, əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
  • Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
  • Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • Servis mövcuddur
  • Uyğun namizədlər CV-lərini e-poçt ünvanına göndərilməsi təlıb edilir.

Xüsusi tələblər

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • İlkin tibbi yardımın göstərilməsi
  • Yanğın mühafizəsi qaydalarının tətbiqi
  • Stresə davamlılıq, səbrlilik
  • Ünsiyyət yönümlülük
  • Punktuallıq
  • Operativlik
  • Ayıqlıq
  • Komandada işləmə bacarığı
  • Çeviklik
  • Qərəzsiz yoxlamanın təmini
  • Obyektivlik
  • Detallara diqqətlilik

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız