Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək.

Xüsusi tələblər

  • Yaş həddi 30-55
  • Sürücüluk vəsiqəsi (B, C, D kateqoriya)
  • Avtobus sürücülük sahəsində minimum 5 il təcrübə;
  • Müvafiq cədvəl üzrə işləmək bacarığı;
  • Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
  • Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
  • Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı;
  • Azərbaycan dilində yüksək səviyyədə, rus dilində yaxşı və ingilis dilində orta səviyyədə danışmaq bacarığı.


Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-ni elektron poçt ünvanına göndərməlidirlər. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Biləsuvar

  • Razılaşma yolu ilə

Telegram kanalımız