Havalandırma, isitmə və soyutma sistemləri üzrə mütəxəssis

Bakı

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Layihə təşkilatının tikinti üzrə layihələrinin müvafiq norma və qaydalarına əsasən işlənib hazırlanmasına (Havalandırma, isitmə və soyutma sistemləri üzrə) nəzarət etmək;
  • Layihə sənədlərinə əsasən layihənin icrasına uyğun olaraq smeta sənədlərinin hazırlanmasına nəzarət etmək;
  • Layihə rəhbərləri və struktur bölmə rəhbərləri ilə plan hazırlığında birgə çalışmaq;
  • Layihənin bütün mərhələlərində Layihə rəhbərləri və mühəndislərlə birlikdə fəaliyyət göstərərək qarşıya çıxan problemləri həll etmək üçün addımlar atmaq;
  • Layihədə verilmiş qeydlərin və tövsiyələrin icrasına dair nəticələrin yoxlanılmasına nəzarət etmək;
  • Tender sənədlərinin toplusuna aid sənədlərin hazırlanmasında iştirak etmək;
  • Materialların, avadanlıqların və onların quraşdırılmasının qiymətləndirilməsi üzrə mütəmadi monitorinqləri aparmaq;
  • Layihədə işlərin icrasının gedişatı, vəziyyətinin və yerinə yetirilmiş işlərin həcmləri haqqında müvafiq hesabatın tərtib olunmasına nəzarəti həyata keçirmək;
  • Podratçıların apardığı işlərin plan üzrə görülməsinə nəzarəti aparmaq;
  • Layihədə baş verən gecikmələrin qarşısının alınması üçün monitorinq keçirmək, mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək.

Xüsusi tələblər

  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • İnşaat mühəndisliyi ixtisası üzrə tam ali təhsil (bakalavr və magistr).
  • İş rejimi: 5 gün;
  • İş yeri: Bakı və işğaldan azad olunmuş ərazilər


Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Havalandırma, isitmə və soyutma sistemləri üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız