Elektrik mexaniki(Abşeron)

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Dartı yarımstansiyadan qidalanan bütün istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatına nəzarət etmək. 
  • Növbətçiliyi elektrikləşdirilmiş dəmir yollarının dartı yarımstansiyalarının təlimatına əsasən aparmaq. 
  • Təmir personalı üçün iş yerini hazırlamaq və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək. 
  • Müəyyən edilmiş formalar üzrə operativ uçot və hesabat aparmaq. 
  • Enerji dispetçeri ilə daima əlaqə saxlamaq. 
  • Dartı yarımstansiyalarda avadanlıqların normal iş rejimindən kənarlaşmaları barədə enerji dispetçerinə məlumat vermək . 
  • Sxemdəki bütün dəyişikliklərlə bağlı çevirmələri enerji dispetçerinin əmri ilə operativ jurnalda qeyd etməklə aparmaq. 
  • Növbə zamanı bir dəfədən az olmayaraq dartı yarımstansiyanın bütün avadanlıqlarının xarici yoxlanışını həyata keçirmək. 
  • Hər bir hadisə zamanı dərhal enerji dispetçerinə məlumat vermək. 
  • Xüsusi sərfiyyat transformatorundan istifadə olunan elektrik enerjisinə israfçılıq etməmək. 
  • Mütəmadi olaraq enerji dispetçeri ilə əlaqə saxlayıb yarımstansiyanın ərazisinə baxış keçirmək. 
  • Qısa qapanmadan açılan açarları enerji dispetçerinin əmri olmadan qoşmamaq. 
  • Dartı yarımstansiyanı tərk etməmək.

Xüsusi tələblər

  • Dartı yarımstansiyanın enerji təchizatı sxemini bilmək. 
  • Avadanlıqların mühafizəsini, təyinatını və parametrlərini bilmək. 
  • Dartı yarımstansiyada avadanlıqların quruluşunu və bir xətli sxemini, avtomatikanın sxemini bilmək.
  • Keyfiyyət yönümlülük
  • Diqqətlilik
  • İntizamlılıq

Oxşar vakansiyalar

Telegram kanalımız