Şəbəkə adminstratoru / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şəbəkə inzibatçılığı sahəsində daxili qayda layihələrini hazırlamaq;
  • Korporativ şəbəkənin texniki təhlükəsizliyini və daim işlək vəziyyətdə olmasını təmin etmək;
  • Şəbəkə üzrə proseslərinin təkmilləşdirilməsində iştirak, o cümlədən şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaq;
  • Şəbəkə üzrə bütün mühüm dəyişiklərin sənədləşdirilməsi;
  • Mövcud olan bütün şəbəkə avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri qısa müddət ərzində aradan qaldırmaq;
  • Korporativ şəbəkə avadanlıqlarını quraşdırmaq və tənzimləmək, mövcud korporativ şəbəkə avadanlıqlarını idarə etmək;
  • Korporativ şəbəkəyə giriş icazəsi təsdiq edilmiş qaydalara uyğun təmin etmək;
  • Şəbəkə avadanlığlarının konfigurasiyaların backupların yaradılmasını fasiləsiz təmin etmək;
  • Korporativ şəbəkə infrastrukturunun təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
  • Şəbəkə avadanlığlarının lisenziyaların quraşdırılması, habelə lisenziyaların bitmə vaxtına nəzarət;
  • Şəbəkə infrastrukturu üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi;
  • Rəqəmsal telefon sistemlərinin administrasiyası və fasiləsiz fəaliyyətinin təmin edilməsi.

Xüsusi tələblər

  • CCNA səviyyəsində həqiqi bilik
  • NG Firewall, L2/L3 switch, router və s. şəbəkə avadanlıqları ilə təcrübə (Cisco/HP/Forti/PA)
  • Corp. wireless systemləri üzrə təcrübə (UniFi/Cisco/Forti)
  • Şəbəkə təhlükəsizliyi üzrə biliklər
  • IP-PBX ilə təcrübə (3CX, Asterisk)
  • Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik səriştəlikləri;
  • Texniki səviyyədə İngilis və Rus dili bilikləri.

Tələb olunan təhsil və iş təcrübəsi:
  • Ali təhsil
  • İT sahəsində 5 il, şəbəkə administratoru kimi 2 il iş təcrübəsi .

İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.


Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı müsahibə əsnasında təyin olunur.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 400 - 500 AZN

  • Bakı

  • 700 - 900 AZN

 
  • Göyçay

  • Razılaşma yolu ilə

Telegram kanalımız