Yol təmir işləri üzrə Smeta mühəndisi

Bakı

North West Construction

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mövcud bazar qiymətləri əsasında yol-təmir işləri üzrə materiallar, avadanlıq və işçi qüvvəsi üçün xərclər smetasının hazırlanması.
  • Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından yol-təmir işləri ilə bağlı layihə sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək.
  • Dəqiqliyi və tamlığı təmin edərək, yol-təmir işləri üçün smetanı təhlil etmək.
  • Tender təklifləri üçün təfərrüatlı büdcə siyahısını hazırlamaq
  • Göstərişlərə və layihəyə uyğun olaraq smeta hazırlamaq
  • Tender təklifləri zamanı texniki dəstək və təcrübənin təmin edilməsi.
  • Sektordakı bazar tendensiyaları və qiymətləndirmələrdən xəbərdar olmalıdır.
  • Xərclər smetası və maşınların iş saatı smetası üçün büdcə təhlili alətlərini hazırlamalıdır.

Xüsusi tələblər


  • Arzuolunan namizəd layihə smetalarının hazırlanması və işin həcmi haqqında hesabatın hazırlanmasına xüsusi diqqət yetirməklə Asfalt Yollar üzrə güclü təcrübəyə malik olmalıdır. 
  • Beton yollar üzrə təcrübənin olması üstünlükdür. 
  • Mühəndis işin həcmi, spesifikasiyalar və sənaye meyarlarına əsaslanaraq layihələr üçün təfərrüatlı xərclər smetasını hazırlayacaq. 
  • Excel üzrə bilik və layihə spesifikasiyalarını şərh etmək bacarığı vacibdir. 
  • Namizəd xərclərin hesablanması prosesi üçün ierarxik təhlil üsulundan istifadə etməli olacaq.


Qeydlər:

  • Excel bilikləri və büdcə tərtibatı üzrə təcrübə yoxlanılacaq.
  • Maşınların iş saatları, Avadanlıq tarifləri və materialın istehsal tarifləri barədə məlumatlılıq səviyyəsi yoxlanılacaq.


Zəhmət olmasa, mövzu yerində “Smeta mühəndisi- Tender” qeyd etməklə CV-nizi [email protected] və ya/və [email protected] electron ünvanına göndərin.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız