Daxili tamamlama işləri üzrə smeta mühəndisi- Tender Şöbəsi

Bakı

North West Construction

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mövcud bazar qiymətləri əsasında tikinti materialları, avadanlıq və işçi qüvvəsi üçün xərclər smetasının hazırlanması.
  • Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından daxili tamamlama işləri ilə bağlı layihə  sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək.
  • Dəqiqliyi və tamlığı təmin edərək, daxili tamamlama işləri üçün smetanı təhlil etmək.
  • Tender təklifləri üçün daxili tamamlama işləri üzrə təfərrüatlı büdcə siyahısını hazırlamaq
  • Göstərişlərə və layihəyə uyğun olaraq smeta hazırlamaq
  • Tender təklifləri zamanı texniki dəstək və təcrübənin təmin edilməsi.
  • Sektordakı bazar tendensiyaları və qiymətləndirmələrdən xəbərdar olmalıdır.
  • Xərclər smetası üçün büdcə təhlili alətlərini hazırlamalıdır.


Xüsusi tələblər

  • Biz Tender Şöbəsi Komandamıza qoşulmaq üçün Daxili Tamamlama İşləri üzrə yüksək ixtisaslı Smeta Mühəndisi axtarırıq. Arzuolunan namizəd Memarlıq sahəsində güclü təcrübəyə və layihə smetalarının hazırlanması və işin həcmi haqqında hesabatın hazırlanmasına xüsusi diqqət yetirməklə yerüstü tikili layihələrində sahədə təcrübəyə malik olmalıdır. Mühəndis işin həcmi, spesifikasiyalar və sənaye meyarlarına əsaslanaraq layihələr üçün təfərrüatlı xərclər smetasını hazırlayacaq. Excel-də bilik və layihə spesifikasiyalarını şərh etmək bacarığı vacibdir. Namizəd xərclərin hesablanması prosesi üçün ierarxik təhlil üsulundan istifadə etməli olacaq.
  • Memarlıq fakültəsinin bakalavr və ya magistr dərəcəsi
  • Layihələr üçün Xərclərin Smetasının hazırlanması üzrə minimum 3-4 il təcrübə
  • Xərclərin hesablanması və məlumatların təhlili üçün MS Excel proqramında dərin biliyə malik olmaq şərtdir.
  • Layihələrin oxunması, AutoCAD və buna bənzər proqram təminatı üzrə biliklər.
  • Güclü analitik və problem həll etmə bacarığı.
  • Büdcə və ya xərclər smetası üzrə əvvəlki bacarıqlar vacibdir
  • Daxili tamamlama işlərində quraşdırma metodologiyası üçün sahədə təcrübə mütləqdir.
  • Yüksək səviyyədə ingilis dili biliyi vacibdir, rus dili biliyi üstünlükdür
  • Problem həll etmə bacarığı və detallara diqqət tələb olunur.

Zəhmət olmasa, mövzu yerində “Fit-out (Tender)” qeyd etməklə CV-nizi [email protected] və ya/və [email protected] elektron ünvanına göndərin.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 540 AZN

  • Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız