İnşaat mühəndisi

Bakı

Qala Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək;
  • Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
  • Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək;
  • İş qrafikinə görə layihələrin izlənilməsi və onların gecikmə səbəblərinin aidiyyatı üzrə rəhbərliyə təqdim edilməsi;
  • Layihə üzrə iş qrafikinin hazırlanması, hazırladığı iş qrafikinə uyğun olaraq layihə çizgilərinin incələnməsi və iş tipinə görə doğru planlamanın təmin edilməsi;
  • Sahədə işlərin icra ardıcıllıqlarını və texnoloji həllərini bilmək və icra etmək;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; 
  • İşlərə mühəndislik baxımından rəhbərlik etmək.
  • Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq və qrafik tərtib etmək;

Xüsusi tələblər

  • İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office, Autocad;
  • Tikinti normalarına dair biliklər;
  • Yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı.
Namizədlərdən şəkilli CV-lərini “İnşaat mühəndisi” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız