Korporativ müştəri meneceri

Bakı

Moon Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bazar araşdırması etmək və yeni korporativ müştəri potensialı olan şirkətləri müəyyən etmək, həmin şirkətlərlə görüşlər təşkil etmək, onları əməkdaşlığa cəlb etmək
  • Mövcud müştəri portfelini idarə etmək, uzun müddət əməkdaşlıq olmadığı hallarda səbəbləri müəyyənləşdirmək, yenidən əməkdaşlıq üçün təkliflər vermək
  • Korporativ müştərilərlə ilkin razılıq danışıqlarını apardıqdan sonra onları müştəri menecerlərinə ötürmək
  • Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək
  • Görülmüş işlər üzrə hesabatlar vermək
  • Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi
  • İş qrafiki: həftənin 6 iş günü, saat 09:00-dan - 18:00-dək, nahar fasiləsi-13:00-dan - 14:00-dək, (bazar günü -istirahət günü)
  • Əmək haqqı: 1500-2000 AZN
  • İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir
  • Şirkət mətbəə, promo və reklam sahəsi üzrə fəaliyyət göstərir
  • Ünvan: Nəsimi rayonu, Hüseynbala Əliyev 117B, 117C

Xüsusi tələblər

  • Xanım nazimədlər tələb olunur
  • Təhsil dərəcəsi: ali
  • Yaş həddi: 25-35
  • Təcrübə: 1-3 il
  • Microsoft Word, Excel proqramları üzrə biliklər
  • Yüksək ünsiyyət qabiliyyətinə malik olmalı
  • Korporativ danışıq üslubuna malik olmalı
  • Əzmli, qətiyyətli, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
  • Səliqəli, punktual, gülərüz, xoş görünüşlü olmalı
  • Şəxsi avtomobili olan kadrlara üstünlük verilir, nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanacaqdır

Qeyd: şəkilli "CV"-nizi mövzu yerinə "Korporativ müştəri meneceri" yazaraq [email protected] - elektron poçt ünvanına göndərməyiniz xahiş olunur

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 550 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

ERP
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız